|
Ekologiya ili ilə bağlı silsilə tədbirlər |
|
5 iyun 2010-cu il tarixdə "Ekologiya ili" ilə bağlı Sumqayıt şəhər Rəsm Qalereyasında rəsm, tullantıların ikinci həyatı və inşa yazı müsabiqəsi keçirildi.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse prezidenti Soltan Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin ekologiya idarəsinin rəisi Azər Əliyev, Azərbaycan Dövlət Neft Şirkətində şöbə rəisi Fizuli Hacıyev, Azərikimya istehsalat birliyinin direktoru Muxtar Babayev, İctimai televiziyanın əməkdaşı Orxan Cabbarov, Şəhər İcra Hakimiyyəti Başçısının müavini Akif Zeynalov, Şəhər İcra Hakimiyyəti Başçısının müavini Ramiz Həsənov, Şəhər Ağsaqqallar Şurasının Sədri Müzəffər Gülümov, Sumqayıt şəhər baş rəssamı Vaqif Nəzərov, MOR reklam şirkətinin direktoru Mikayıl Abdullayev və Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov iştirak edirdi.
|