“Sərrast atıcı”güllə atıcılığı üzrə yarışma keçirildi
2 FevralGənclər Günü münasibəti ilə 30 yanvar 2010-cu il tarixdə 11№-li məktəbin tirində Gənc Müəllimlər Şurasının təşkil etdiyi “Sərrast atıcı”güllə atıcılığı üzrə yarışma keçirildi. Yarışda Sumqayıt şəhəri orta ümumtəhsilmüəssələrində işləyən gənc müəllimlər
iştirak edirdilər.Yarışda 17 məktəbin 3 nəfərdən ibarət komandası iştirak edirdi. Yarışın iştirakçıları ayaq üstə dayanaraq pnevmatik tüfəngdən istifadə etməklə 7 metr məsafədə yerləşdirilmiş rəqəmlihədəfə atəş açdılar. Yarışda I yer34 №-li orta məktəb, II yer 6 №-li orta məktəb, III yer11 №-li orta məktəb tutmuşdur.Qalib olmuş məktəblərin komandalarına TəhsilŞöbəsinin, Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanları və hədiyyələri ilə təltif olundu.